Accessibility links

Amerika mətbuatı Azərbaycan prezidentinin səfərilə bağlı şərhlərlə çıxış edir.


Sabah Azərbaycan prezidenti İlham Əliyevin Amerika Birləşmşi Ştatlarına rəsmi səfəri başlayır. İlham Əliyev ABŞ prezidenti Corc Buş, vitse-prezident Dik Çeyni, digər rəsmilərlə görüşlər keçirəcək. Amerika mətbuatı Azərbaycan prezidentinin səfərilə bağlı şərhlərlə çıxış edir. Sözü Dilşad Əliyarlıya verək.

Səfərə Amerika Birləşmiş Ştatlarında böyük maraq müşahidə olunur. Birləşmiş Ştatlar Azərbaycana regionda əsas müttəfiq və dəyərli tərəfdaş kimi baxır. Təhlilçilər bu səfəri iki ölkə arasında strateji əməkdaşlığın güclənməsi kimi qiymətlədirirlər. Təhəlilçilərin bir hissəsi bu səfərə Azərbaycanın ABŞ və İran arasında nüvə proqramı ətrafında yaranmış qarşıdurmada hansı rol oynaya bilməsi bucağından baxmağı tövsiyə edir. Buş administrasiyası İrana hərbi hücum planı haqda Amerika mətbuatında verilmiş məlumatları sadəcə şaiyə adlandırsa da, rəsmilər bütün variantların masa üzərində olduğunu deyir. Buna görə də müşahidəçilər deyir ki, səfər bu mənada Amerikanın Azərbaycanla münasibətləri yüksək səviyyədə inkişaf etdirməkdə maraqlı olduğunu göstərir.
Birləşmiş Ştatlar mətbuatı da Azərbaycan prezidentinin ABŞ-a səfərilə bağlı təhlillərlə çıxış edir. “Vaşinqton Post” qəzetində bu gün “Azadlıq prinsiplərindən geri çəkilmək” adlı məqalə dərc edilib.


Məqalə müəllifi Cekson Dil yazır ki, prezident Buşun demokratiya doktrinasının əsas prinsipi ondan ibarət idi ki, Birləşmiş Ştatlar coyuq müharibə dövrü diktatorları, xüsusilə də müsləlman ölkələrinin enerji ehtiyalatlarına çıxışı olmaq və hərbi əməkdaşlıq aparmaq üçün onları müdaifə etmək praktikasından imtina etməlidir.
Buş administrasiyasının Azərbaycan və Qazxıstanla bağlı siyasətinə toxunan müəllif qeyd edir ki, yenidən prezident seçilmiş Corc Buş keçən il Azərbaycan və Qazaxıstanda başqa bir strategiyaya yeritdi. Bu ölkələr süərtlə müsirləşir, siyasi cəhətdən bir o qədər sabit deyil, neft və qaz ehtiyalatlarına görə çox zəngin ölkələrdir.
Azərbaycan və Qazaxıstanda seçkilərdən prezident Buş öncə bu ölkələrin liderlərinə mesajını göndərmişdi: ədalətli seçkilər keçirin və ölkələrimiz arasında münasibətlər yeni strateji mərhələyə qədəm qoyacaq. Belə olmasa, xüsusi tərəfdaşlıq əlaqaləri, nə hərbi əməkdaşlıq, nə də Vaşinqtona prezidentlərin səfərləri olmayacaq.
Həm Əliyev, həm də Nazarbayevin müəyyən səylər göstərmələrinə baxmayaraq, neft gəlirlərindən diktatorluğu möhkəmləndirmək əvəzinə, öz ölkələrinin liberallaşması istiqamətində işlər aparmaq istəyini nümayiş etdirə bilmədiyini yazan Cekson Dil deyir ki, Dövlət Departamenti Azəbraycanda seçkilər zamanı ciddi pozuntuların olduğunu bildirmişdir.
Məqalədə deyilir ki, prezident İlham Əleiyv Buş adminitrasiyasından ümid etdiyi hər bir şeyi almağa nail olub. ABŞ Azərbaycana yardımı artırmaq məsələsini nəzərdən keçirir. Pentaqon hərbi əməkdaşlığın gücləndirilməsinə çalışır.
“Bəs demokratiya prinsiplərindən nəyə görə geri çəkildi”-sualını verən “Vaşinqton Post”un müxbiri yazır: Azərbaycanda təhçilçilər hesab edir ki, prezident Buş bu səfərdən Azərbaycana qonşu olan və böyük Azərbaycan etnik azlığına malik olan İran məsələsində kömək üçün istifadə etmək istəyə bilər. Vaşinqtondakı təhlilçilərin bir hissəsi hesab edir ki, səfərin əsas məqsədi Rusiyanın regionda nüfuzunu möhkəmlətmək səylərilə əlaqədar ola bilər.
Rusiyanın terrorizmə qarşı mübarizədə müttəfiq olduğunu deyən müəllif yazır ki, prezident Vladimir Putin Corc Buşun Avrasiyada demokratiya səylərindən abırsızcasına istifadə etmişdir. Səyləri baş tutsa, o zaman Rusiya regionda Mərkəzi və Qərbi Avropaya enerji ehtiyatları üzərində özünə uzun müddətli nəzarət təmin edə bilər.
Məqalənin sonunda Cekson Dil yazır ki, enerji sahəsində və Moksva ilə enerji ishtesal edən ölkələrə nəzarət məsələsində rəqabət demokratiya strategiyasının tənəzzülünə gətirib çıxarır. İqtisadiyyat və təhlükəsizlik qarşısında sınaqlar nəzərə alınsa, qurban verilməsinin lazımlığı mübahisə doğura bilər. Lakin burada üstün gələn məntiq var idi. Corc Buşa görə, tarix bunun əksini göstərir.


XS
SM
MD
LG