Accessibility links

Kondoliza Rays: İran beynəlxalq ictimaiyyətdən özünün təcridini getdikcə dərinləşdirir


Birləşmiş Ştatların Dövlət katibi Kondoliza Rays deyib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əlaqələri kəsəcəyi ilə bağlı hədələrə görə özünün beynəlxalq ictimaiyyətdən təcridini dərinləşdirir. Xanım Rays Birləşmiş Ştatların İranın nüvə proqramı ilə bağlı qarşıdurmanın diplomatik həllinə üstünlük verdiyini demiş, lakin digər variantları da istisna etməmişdir.

Dövlət katibi bu açıqlamaları Afinada Yunanıstanın xarici işlər naziri Dora Bakoyannislə danışıqlardan sonra vermişdir. Kondoliza Raysın Yunanıstan paytaxtına səfəri etiraz nümayişçilərilə müşayiət olmuşdur. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmişdir. ABŞ Dövlət katibi Yunanıstana səfərdən sonra Türkiyəyə yollanmışdır.

XS
SM
MD
LG