Accessibility links

ABÇ qüvvələri reyd zamanı yaraqlıları qətlə yetirmişlər


Birləşmiş Ştatlar hərbi qüvvələrinin bildirdiyinə görə, Bağdad yaxınlığında bir evdə keçirilən reyd zamanı 12 militant və bir qadın qətlə yetirilib. Hərbi qüvvələrin bəyanatında deylir ki, Amerika əsgərləri raket atəşindən əvvəl Yusifiyyədə evin qarşısında beş terrorçunu qətlə yetiriblər. Hərbi qüvvələr evi axtardıqdan sonra onu dağıtmış və orada yeddi terrorçunun və bir qadının cəsədini aşkar etmişlər. Bəyanatda habelə deyilir ki, ölmüş yaraqlıların əynində hərbi gödəkçə, onların ikisinin əlində qumbara olub.

Bağdadın özündə isə bu gün polis başından güllə ilə vurulmuş və işgəncəyə məruz qaldıqlarına dair işarələr olan beş insan cəsədi aşkar etmişdir.

XS
SM
MD
LG