Accessibility links

Belarus muxalifətinin lideri həbs cəzasına məhkum edilib


Belarus məhkəməsi muxalifət lideri Aleksandr Milinkoviçi və onun bir neçə tərəfdarını icazəsiz yürüşlər təşkil etdiklərinə görə həbs cəzasına məhkum edib. Milinkeviç, Vintsuk Vyaçorka və Aleksandr Buxovtsau 15 gün, Sergey Kalyakin isə 14 gün həbsə məhkum ediliblər.

Şəhər rəsmilərinin dünən Çernobl qəzasının 20-ci ildönümü münasibəti ilə Minskdə yürüş keçirilməsinə icazə verildiyi bildirilir. Lakin buna baxmayaraq rəsmilər yürüşün qeyri-qanuni keçirildiyini və əsasən prezident Aleksandr Lukaşenkonun rejiminə qarşı yönəldiyini deyirlər.

XS
SM
MD
LG