Accessibility links

Əhmədinejad İranın BMT-nin tələblərinə boyun əyməyəcəyini deyib




" hspace=2 src="/azerbaijani/images/ap_Iran_president_Ahmadinejad_27apr06_eng_1952.jpg" width=198 align=right vspace=2 border=0>İran prezidenti Mahmud Əhmədinejad deyib ki, İran BMT-nin onun nüvə proqramını dayandırmasına dair təzyiqlərinə boyun əyməyəcək. Qeyd edək ki, BMT-nin İranın nüvə proqramı ilə baığlı qərarını sabah verəcəyi gözlənilir. Cənab Əhmədinejad İranın uranın zənginləşdirilməsinə dair beinəlnəlxalq səylərin ədalətdən uzaq olduğunu və heç kəsin onun bu hüququnu əlindən ala bilməyəcəyini deyib.

Lakin Rusiya prezidenti Putin Almaniya kansleri Angela Merkellə Sibirin Tomsk şəhərində görüşündən sonra bu gün bildirib ki, o, Atom Enerjisi Agentliyinin İran məsələsini danışıqlar yolu ilə həll edəcəyinə inanır.

XS
SM
MD
LG