Accessibility links

Terror hücumları nəticəsində ölənlərin sayı artmaqdadır


ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, 2005-ci ildə həyata keçirilən terror aksiyaları 14 min insanın ölümünə səbəb olub. Dövlət Departamentinin hesabatında həmin il ərzində həyata keçirilən terror hücumu 2004-cü illə müyqayisədə daha artıq olmuşdur. 2005-ci ildə bu aksiyaların sayının 11 minə yaxın olduğu bildirilir.

Bu gün açıqlanan hesabatda terror aksiyalarının əksər hissəsinin İraqda həyata keçirildiyi deyilir. Sənəddə Əl Qaidə terror qrupunun zəiflədiyi deyilsə də, bu şəbəkənin təhlükəsinin hələ də mövcud olduğu bildirilir. Terrorizmi dəstəkləyən ölkələr siyahısına İran, Kuba, Şimali Koreya, Sudan və Suriya kimi ölkələr salınıb.

XS
SM
MD
LG