Accessibility links

İtaliyanın baş naziri istefa verdi


İtaliyanın baş naziri Silvio Berluskoni istefa verib. Beləliklə mərkəz-solçu hökumətin başçısı Romano Prodiyə yol açılır. Baş nazirin istefası seçkilərdən üç həftə sonra verilib. Bu müddət ərzində Berluskoni ümumilli seçkilərdə məğlubiyyətini qəbul etmirdi. Onun rəqibi mərkəz-solçu hökumətin başçısı Romano Prodi cüzi fərqlə irəliyə çıxmışdı. Berluskoni kabinet üzvləri ilə görüşü zamanı istefa vermək niyyətində olduğunu bildirmişdi. Qeyd edək ki, Silvio Berluskoni 2001-ci il seçkilərindən sonra mərkəz-sağcı koalisiyaya başçılıq edirdi. O həm də İtaliyada İkinci Dünya Müharibəsindən sonra ən uzunmüddətli baş nazir olmuşdur.
XS
SM
MD
LG