Accessibility links

ABŞ dövlət katibinin müavini Darfurda olub


ABŞ dövlət katibinin müavini Robert Zelik Sudan fraksiyaları və hökumət arasında sülh danışıqlarına yardım məqsədi ilə Darfurda olub. Cənab Zelik Afrika Birliyinin vasitəçiliyi ilə əldə edilən razılıq layihəsdəki şərtlərin iki qrup tərəfindən dəyişdirilməsi tələbindən sonra Nigeriyaya gedib. Qeyd edək ki, Sudan hökuməti razılığı bazar günü imzalayacağını bildirmişdi. Lakin üsyançıların tələblərindən sonra bu müddət daha 48 saat uzadılmışdır. Üsyançılar Sudanın mərkəzi hökumətində daha geniş təmsil olunmalarını və qüvvələrinin Sudan ordusuna birləşdirilməsi şərtlərinin təkmilləşdirilməsini tələb edirlər.

XS
SM
MD
LG