Accessibility links

İraqda 10 yaraqlı öldürülüb


ABŞ hərbçilərinin verdiyi məlumata qörə, müttəfiq qoşunların İraqın paytaxtı Bağdadın şimal-qərbində həyata keçirdiyi hücum nəticəsində 10 üsyançı öldürülmüşdür. ABŞ rəsmilərinin bəyanatında bildirilir ki, müttəfiq qoşunlar üsyançıların evinə hücumu bu qün səhər, mühafizəçilər yatdığı zaman etmişlər. Evdə çoxlu sayda odlu silah, hərbi geyim və partlayıcı maddə aşkar edilmişdir. Eyni zamanda bu qün Bağdadda avtobusa yerləşdirilimiş bomba partlayışı nəticəsində 2 nəfər həlak olmuş və 5 nəfər yaralanmışdır.
XS
SM
MD
LG