Accessibility links

Səudiyyə Ərəbistanı və İran din azadlığına riayət etməməkdə günahlandırılır


ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar Komissiyası bildirir ki, İran və Səudiyyə Ərəbistanı bu yönümdə xüsusi narahatçılıq doğurur. Komisiya deyir ki, Səudiyyə Ərəbistanında din azadlığı yoxdur. O, bildirir ki, krallığın hökuməti bütün dünya boyu ekstremist dini qeyri-tolerantlıq təbliğ edir. Hesabatda bildirilir ki, əsasən İran din azadlıqlarının sistematik pozulmasında iştirak edir ki, bu əməllərə işgəncə və edamlar daxildir. Əlavə edilir ki, İranın son ildə göstərciiləri daha da pisləşib. Komissiyanın ötən ilki hesabatında da İran və Səudiyyə Ərəbistanı xüsusi qeyd olunmuşdu. Bu dəfə siyahıda Çin, Şimali Koreya, Özbəkistan Türkmənistan, Pakistan və Sudan kimi ölkələr də yer alır.
XS
SM
MD
LG