Accessibility links

İraqda hücumlar səngimir


ABŞ və İraq rəsmilərinin bildirdiyinə görə, bu gün İraqda yaraqlıların hücumu nəticəsində 13 adam öldürülüb. Bağdadın qərb bölgəsində iki maşına yerləşdirilmiş bomba partlayışları səbəbi ilə 5 adam həlak olub. Digər bir maşın isə məhkəmə binası yaxınlığında partladılıb. Paytaxtın ətraf bölgəsində darə edilən maşından açılan atəş nəticəsində iki adam vəfat edib. Yol kənarına yerləşdirilən daha bir bomba partlayışı bir Amerika əsgərinin ölümü ilə nəticələnib. Bundan əlavə bu gün dünən oğurlanan iki İraq jurnalistinin cəsədi aşkar edilib.
XS
SM
MD
LG