Accessibility links

Rusiya prezidenti ekstremizmlə mübarizədə birliyə çağırıb


Rusiya prezidenti Vladimir Putin dünyanı etnik zəmində nifrət, ekstremizm və ksenofobiyaya qarşı birliyə səsləyib. Bu gün Moskvanın qələbə günü münasibəti ilə Qızıl meydanında təşkil edilən parad zamanı prezident Putin deyib ki, nasizm ideologiyasının canlandırılması qəddarlıq və qan axıdılmasına yol aça bilər. Rusiya prezidenti 25 milyon Sovet vətəndaşının həlak olması ilə nəticələnən Nasist Almaniyasına qarşı müharibə iştirakçılarını təbrik etmişdir. Ukrayna paytaxtı Kiyev və Belarus paytaxtı Minskdə də ölkə prezidentlərinin iştirakı ilə bayram mərasimləri və paradlar təşkil edilmişdir.

XS
SM
MD
LG