Accessibility links

ABŞ konqresmenləri Özbəkistana qarşı sanksiyalar tətbiq edilməsinə çağırırlar


ABŞ Konqresinin iki üzvü Özbəkistana iqtisadi sanksiyaların tətbiq edilməsinə çağıraraq həmin ölkənin insan hüquqlarını sistematik şəkildə pozduğunu bəyan ediblər. Senator Con Makkeyn və Nümayəndələr Palatasının üzvü Kristofer Smitin təqdim etdiyi qanun layihəsi aparıcı Özbək rəsmilərinin Amerikadakı maliyyə vəsaitlərini dondurmağı və Özbək hökumətinə hər hansı maliyyə yardımını qadağan etməyi nəzərədə tutur.

Respublikaçı qanunvercilər deyirlər ki, prezident İslam Kərimov ötən il Əndicanda demokratiya fəallarının kütləvi qətli üzərində beynəlxalq təhqiqata icazə verməyincə bu sanksiyalar qüvvədə qalmalıdır. Cənab Smit bilrib ki, Özbəkistan hökumətinin insan hüquqları və müxalifət nümayəndələrinə işgəncəyə gəldikdə göstəriciləri olduqca pisdir. Senator Makkeyn isə vurğulayıb ki, Özbəkistanda siyasi müxalifət dəhşətli repressiyalarla üzləşir və Əndican qırğınından bəri vəziyyət daha da pisləşib.

XS
SM
MD
LG