Accessibility links

İndoneziya prezidenti İranın nüvə programının dinc məqsəd daşıdığına inandığını bildirib.


İndoneziya prezidenti Susilo Bambang Yudhoyono iranlı həmkarı Mahmud Əhmədinejadla görüşdükdən sonra deyib ki, o, İranın nüvə programı ilə əlaqədar artmaqda olan beynəlxalq böhranın danışıqlar vasitəsilə həll edilə biləcəyinə əmindir. O, həmçinin İranın nüvə proqramının dinc məqsədlər daşıdığına inandığını bildirib.

Birləşmiş Ştatlar və bir sıra ölkələr İranın nüvə silahları əldə etməsi fəaliyyətindən natrahatdırlar. Prezident Yudhoyono deyir ki, onun ölkəsi İranın nüvə proqramı məsələsilə əlaqədar regional və qlobal miqyasdakı narahatçılıqları qəbul edir, lakin məsələnin danışıqlar vasitəsilə həll ediləcəyinə ümid bəsləyir. İndoneziya bu məsələ ilə bağlı İranla başqa ölkələr arasındakı münaqişələri həll etmək üçün vasitəçilik edə bilər.

Prezident Əhmədinejad isə Cakartada ölkəsinin dinc məqsədlər üçün nüvə proqramından istifadə etmək hüququnu bir daha təkrar edib. O tərcüməçi vasitəsi ilə etdiyi çıxışında Birləşmiş Ştatları və digər Qərb dövlətlərini nüvə texnologiyası bazarını öz inhisarları altında saxlamaqda qınayıb. Birləşmiş Ştatlar Tehran nüvə programını dayandırmadığı təqdirdə ona qarşı beynəlxalq miqyasda sanksiyalar tətbiq edilməsini tələb edir.

XS
SM
MD
LG