Accessibility links

Türkiyə hərbi qüvvələrini Kanadadan geri çəkmişdir.


NATO-dakı hərbi qüvvələrini Kanadada keçirilən hərbi təlimlərdən geri çəkmişdir. Buna səbəb Kanadanın və Fransanın İkinci Dünya Müharibəsindən sonra Osmanlı türklərinin ermənilərə qarşı genosid həyata keçirdiklərini tanımaları olmuşdur.

Türkiyə xarici işlər nazirliyinin rəsmiləri Türkiyə hərbi qüvvələrinin Kanadada keçirilən hərbi təlimlərdən geri çəkilməsi barədə qərarı təsdiq etmişlər. Türkiyənın hərbi qüvvələrini geri çəkmək qərarı Ankaranın Kanadanın siyasətinə etiraz əlaməti olduğunu bildirir.

Hələ keçən həftə Kanadanın baş naziri Stefan Harper Osmanlı türkləri tərəfindən yüz minlərlə erməninin qətlini genosid adlandırmasından sonra Türkiyə Kanadadakı səfirini geri çağırmışdır.

Sosialist Blokunun təqdim etdiyi qanun layihəsinin tənqidçiləri, bunun gələn il keçiriləcək səsvermədə Fransadakı erməni icmasının onlara səs verəcəyi üçün edildiyini bildirirlər. Qeyd edək ki, Fransa Türkiyənin üzv olmağa çalışdığı Avropa Birliyininin üzvlərindən ən qüdrətlisidir.

Türkiyə həmişə ermənilərə qarşı genosidi rədd edir. Lakin Avropa Birliyinin üzvləri arasında bunun qəbul edilməsini istəyənlər artmaqdadır. Bir çox türkün fikrincə Avropa Birliyi kasıb müsəlman ölkəsini öz sıralarında görmək istəmir. Lakin Fransaya qarşı iqtisati sanksiyaları hədələri də daxil edilməklə, Ankara hökumətininin kəskin çıxışlarına baxmayaraq Türkiyədə Osmanlı İmperiyası dövründə ermənilərin taleyi ilə bağlı debatlar vüsət almışdır. Belə ki, Türkiyənin bəzi qabvqcıl ziyalıları ermənilərin kütləvi qırğınının genosid hesab edilməsini təklif edirlər. Lakin eyni zamanda bu ziyalılar Fransanın erməni soyqırımım inkar edilməsini cinayət kimi qəbul edilməsi cəhdlərinin əleyhinədirlər. Onlar bu kimi qanunların Türkiyədə və Ermənilərin Birinci Dünya Müharibməsindən sonrakı taleyi ilə bağlı müzakirələrdə genosid kəlməsini işlədən hər bir türkün cəzalandıdırlnmasını nəzərdə tutan qanunların tətbiqinə yol aça biləcəyini deyirlər.

XS
SM
MD
LG