Accessibility links

Rusiya prezidenti korrupsiyaya qarşı mübarizəyə başlayıb


Rusiya prezidenti Vladimir Putin ölkədə korrupsiyaya qarşı mübarizə aparacağını bəyan etdikdən sonra bir neçə yüksək rütbəli təhlükəsizlik rəsmilərini vəzifədən azad edib. Rusiyanın polis və gömrük xidmətlərinin 12 əməkdaşı işdən çıxarılıb. Artıq bu həftə anti-korrupsiya mübarizəsinin tərkib hisəsi olaraq cənab Putin skandallarla üzləşən Federal Gömrük İdarsəini baş nazirə tabe edib.

Rusiya təhqiqatçıları gömrük işçilərinə qarşı korrupsiyua ittihamlarını araşdırırlar. Rusiya rəsmiləri bu gün sabiq DTK zabiti Andrey Balyanninovyu gömrük idarəsinə rəhbər təyin ediblər. Bu arada Rusiya Müdafiə naziri Sergey İvanov bildirib ki, terrorizmi və nüvə silahlarının yayılmasını nəzərə alraq Rusiya indi Soyuiq Müharibədə olduğundan daha böyük təhlükələrlə üzləşir. O, bildirib ki, Rusiya hərbi qüvvələri müasir tələblərə uyğun şəkildə öz arsenalını yeniləşdirməlidir.

XS
SM
MD
LG