Accessibility links

İraqın hərbi bölmələri arasında qarşıdurma baş verib


Təriqətlərarası hücumlar və yaraqlıların hücumları nəticəsində bu gün İraqda azı üç iraqlının qətlə yetirildiyi bildirilir. Eləcə də, bəzisi güllə atəşindən, bəzisi isə işgəncələr nəticəsində qətlə yetirilmiş beş nəfərin cəsədinin tapıldığı xəbər verilir.

Birləşmiş Ştatlar hərbiçilərinin bildirdiyinə görə, Bağdadda bu gün yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində bir Amerka əsgəri ölmüşdür. Hərbi qüvvələrin digər bir xəbərində bildirilir ki, dünən paytaxtın şərqindəki Duluiya məntəqəsində yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində bir İraq əsgəri ölmüş, bir neçəsi isə yaralanmışdır. Bu hadisədən sonra İraqın iki hərbi bölməsi arasında qarşıdurma baş vermişdir. Qarşıdurma əsgərlərin yaralı yoldaşını xəstəxanaya çatdırmasından və sonradan onu başqa yerə aparmaq istədikdə digər hərbi bölmənin buna mane olmasından sonra baş vermişdir.

XS
SM
MD
LG