Accessibility links

Azərbaycanda təkrar parlament seçkiləri keçirilib


Azərbaycanda bir neçə dairədə təkrar parlament seçkilərinin keçirildiyi səsvermə məntəqələri bağlı elan edilib. Azərbaycan vətəndaşları bu gün parlamentdə 10 yerin sahibini müəyyənləşdirmək üçün səs veriblər. Bu səsvermə pozuntu itihamları ilə ötən noyabrda bir neçə seçki dairəsində nəticələrin ləğv olunmasından sonra keçirilir. Ölkənin seçki rəsmiləri və konstitutsiya məhkəməsi müxalifət nümayəndələri və beynəlxalq müşahidəçilər tərəfindən səsvermənin saxtalaşdırıldığı haqda irəli sürülən iddiaları təsdiq edərək təkrar seçkilərin keçirilməsinə göstəriş vermişdilər.

Noybar seçkilərində prezident İlham Əliyevin partiyası 125 nəfərlik parlamentə nəzarəti əldə saxlamış, müxalifətçilər isə yalnız 10 yer qazanmışdılar. Səsvermə ətrafında yaranan qalmaqal kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Azərbaycan polisi dəyənəklərdən və suvruan maşınlardan istifadə edərək nümayişləri dağıtmışdı.

XS
SM
MD
LG