Accessibility links

Venesuela lideri Iranla bağlı münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır


Venesuela prezidenti Hugo Çaves beynəlxalq ictimaiyyəti İranın nvüə proqramı ilə bağlı hərbi qarşıdurmaya yol verməməyə çağırıb. Bu gün Londonda çıxış edən prezident Çaves deyib ki, İranla bağlı mübahisənin həllində Avropanın rolu olduqca mühümdür. Daha əvvəl isə Hüqo Çaves Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyata keçsə, neft qiymətlərinin daha da arta biləcəyinə dair xəbərdarlıq vermişdi. Venesuela liderinin iki günlük London səfərinin gündəliyində Britaniyanın baş anziri Toni Bleyerlə görüş yer almır. Bu gün prezident Çaves Əlcəzairə yola düşür. O, Əlcəzair lideri Əbdüləziz Buteflika, daha sonra isə Tripolidə Liviya prezidenti Müəmmar Qəzzafi ilə görüşməlidir.
XS
SM
MD
LG