Accessibility links

Pakistanlı məhbuslar azad ediləcəkmi?


Pakistanın Daxili İşlər naziri Aftab Xan Şerpao bildirib ki, Kuba körfəzindəki Guantanamo məhbəsində saxlanılan 8 pakistanlı məhbus yaxın zamanda azad ediləcək. Gunatanamoda 29 pakistanlı məhbusdan 8-nin vətəninə qaytarılacağı barədə açıqlamanı nazir bu gün İslamabadda təşkil edilən mətbuat konfransı zamanı verib. Lakin Pentaqonun qərb yarımkürəsi məsələləri üzrə mətbuat katibi Ceffri Gordon “Amerikanın səsi”nə yaxın gələcəkdə pakistanlıların azad ediləcəyinə dair plana malik olunmadığını bildirib. O deyib ki, ABŞ bir neçə ölkəyə müraciət edərək, məhbusları öz ölkələrindəki həbsxanalara köçürmələrini istəyib. Ceffri Gordon pakistanlı məhbusların sayına dair məlumata malik olmadığını bildirib.
XS
SM
MD
LG