Accessibility links

Fransanın baş naziri istefa verməyəcək


Fransa qanunvericiləri baş nazir Dominik De Viyeppinə qarşı etimadsızlıq səsverməsinə dair debatlara başlayıb. Müxalif Sosialistlərin təklif etdiyi sənədin təsdiqinin şansları olduqca azdır. Belə ki, baş nazirin Mərkəz-sağçı partiyası Milli Assambleyanın üçdə iki hissəsini təşkil edir. Lakin buna baxmayaraq cənab Viyeppin Fransanı idarə etməyə layiq olmadığına dair ittihamlardan özünü müdafiə etməli olub. Xəbər agentliklərinin məlumatında deyilir ki, Dominik De Viyeppin Daxili İşlər naziri Nikolas Sarkozini Tayvana döyüş başlıqları satışından mənfəət əldə etdiyində günahlandıraraq, onu ləkələməyə çalışmışdır. Baş nazir isə ittihamları rədd edərək, istefa verməyəcəyini bildirib.
XS
SM
MD
LG