Accessibility links

Mühacirət tərəfdarları Vaşinqtonda görüşlər keçirir



Minlərlə mühacirət tərəfdarı əhatəli mühacirət islahlatları çağırışı ilə bu gün Vaşintqtonda yürüş keçirir. Ölkənin hər yerindən paytaxta gəlmiş fəallar həmkarlar təşkilatları və adi vətəndaşları təmsil edir. Onlar Konqresin Nümayəndələr Palatası və Senatda qanunvericilər və onların ofislərinin nümayəndərilə görüşlər keçirir. Senat cinayət və üç dəfə qanun pozuntusuuna yol vermiş qeyri-qanuni mühacirlərə mümkün vətəndaşlıq verilməməsinə bu gün yekdilliklə səs verib. Dünən Senat digər mühcirət tədbilərinin görülməsindən önvə ABŞ-ın Meksika ilə sərhəddinin təhlükəsizləşdirliməsi planını qəbul etməyib. Senat habelə qeyri-qanuni mühacirlərin müvəqqəti iş vizaları ilə təmin olunması və bundan sonra onların vətəndaşlıq almasına imkan veirlməsi istiqmətində addımlar atıb. Prezident Buş sərhəd təhlükəsizliyinin gücləndirlməsi də daxil olmaqla, əhatəli mühacirət islahatlarının qəbul edilməsinə çağırıb.
XS
SM
MD
LG