Accessibility links

Dünya bazarlarında xam neftin qiymətinin enməsi müşahidə olunur


İranın yüksək səviyyəli rəsmisinin Tehranın nüvə proqramı ətrafında gərginliyin bir qədər azaldığına işarə etməsi və digər İran rəsmisinin OPEK-in istehsalı hazırkı səviyyədə saxlayacağını deməsindən sonra dünya bazarlarında xam neftin qiyməti enir. Xam neftin qiyməti təxminən bir dollara qədər enərək, Nyu York birjasında 68 dollar 45 sent təşkil edib. Bu arada, OPEK təşkilatının baş katibi vəzifəsini icrə edən Məhəmməd Barkindo deyib ki, geosiyasi gərginliklər nəticəsində neftin bir barrel üçün qiyməti 15 dollar artıb. O, neft istehlak və istehsal edən ölkələri gərginlikləri azaltmağa çağırıb.
XS
SM
MD
LG