Accessibility links

Fələstin qruplaşmaları arasında gərginlik artır


Fələstin təhlükəsizlik xidmətinin rəhbəri və ən azı 8 nəfər Qəzza Zolağında baş verən bomba partlayışı nəticəsində yaralanmış, bir mühafizəçi isə öldürülmüşdür. Bu partlayış Fələstindəki silahlı qruplaşmalar arasında şıddətlən qərqinliyin nəticəsidir.

Bomba partlayışı Fələstin təlükəsizlik qüvvələrinin Qəzzadakı baş qərarqahında baş verib. Təhlükəsizlik qüvvələrinin rəhbəri Tariq Əbu Rəcəb, onun 6 mühafizəçisi və köməkçisi liftə daxil olan zaman liftin şaxtasına qoyulmuş bomba partladılmışdı. Hədisədən sonra Əbu Rəcəb və onun mühafizəçisi təcili xəstəxanaya aparılmışlar. Aparılmış cərrahiyə əməliyyatından sonra sabit vəziyyətdə olan cənab Rəcəb İsrail xəstəxanasına köçürülmüşdür.

Partlayış Fələstin hökumətinə rəhbərlik edən İslamçı qrupu Həmas və cənab Abbasın rəhbərlik etdiyi Fəth partiyası arasında yaranmış qarşıdurmanın nəticəsidir. Bu hadisənin məsuliyyətini üzərinə qötürən omasa da, Fəth təşkilatının nümayəndələri Həması sui-qəsd cəhdində ittiham edirlər. Onlar cənab Abbası Həmasın rəhbərlik etdiyi höküməti buraxıb yeni seçkilər keçirməyə çağırırlar.

Son iki həftə ərzində təhlükəsizlik qüvvələrinə nəzarəti əldə etməyə çalışan Həmas və Fəth təşkilatlarının döüşçüləri arasında bir neçə dəfə atışmalar olub. Bu həftə cənab Abbasın qadağasına məhəl qoymayan Həmas qrupu qanunu və nizam-intizamı bərpa etmək məqsədi ilə 3000 nəfəri səfərbər etmişdir.

XS
SM
MD
LG