Accessibility links

Iraqın yeni hökuməti təhlükəsizlik tədbirlərini gücləndirməyi planlaşdırır


Bu qün İraqda yaraqlılarının həyata keçirtdiyi hücum nəticəsində 18 nəfər öldürülüb. İraqın baş naziri Nuri əl-Maliki deyib ki, onun yeni höküməti təhlükəsizlik tədbirlərini qücləndirəcək. Cənab əl-Maliki çıxışını onun başçılıq etdiyi hökümətin dünən keçirilmiş ilk iclasından sonra etmişdir. O bildirib ki, Bağdaddakı zorakılıqların qarşısını almaq məqsədi ilə onun höküməti xüsusi təhlükəsizlik qüvvələri yartmaq planlaşdırır. Lakin hökümətin tərkibində nə müdafiə, nə də milli təhlükəsizlik naziri hələlik təyin olunmayıb. Buna səbəb bu vəzifələr uğrunda davam edən siyasi mübarizədir.

Bundan əlavə baş nazir deyib ki, İraqda hər qün baş verən zorakılıqlara son qoymaq üçün cəmiyyət yaraqlılara yardımını dayandırmalıdır. Bunun üçün isə milli birlik yaradılmalı və ölkənin dağıdılmış iqtisadiyyatı bərpa olunmalıdır.

XS
SM
MD
LG