Accessibility links

Çernoqoriya müstəqilliyini bərpa etdi


Keçmiş Yugoslav respublikası Çernogoriyada keçirilən referendumun rəsmi nəticələrinə əsasən müstəqillik tərəfdarlarının qələbəsi kütləvi şənliklərlə müşaiyət edilib. Müstəqillik tərəfdarı baş nazir Milo Djukanoviç, Serbiya ilə ittifaqın pozulmasının qeyri-sabit Balkanlarda yeni gərqinliklərə səbəb ola biləcəyinə dair fikirləri rədd edib. Çernogoriyanın Referendum Komissiyası dünən keçırılmış referendum zamanı tələb olunan 55 faiz vətəndaşın bu kiçik respublikanın müstəqillliyni dəstəklədiyini təsdiq edib. Paytaxt Podgoritsada gənclər Avropada yeni dövlətin yaranmasını Kalaşnikov avtomatlarından havaya atəş açmaq, bayraqlar dalğalandırmaq və rəqs etməklə alqışlamışlar. On ildən artıq davam edən istiqlaliyyət kampaniyası Çernoqoriyanın müstəqilliyinin bərpasına yol açdı və keçmiş Yuqoslaviyanın qalıqlarına son qoydu. Sloveniya, Xorvatiya, Bosniya-Hertseqovina və Makedoniya serblərin əksəriyyət təşkil etdiyi Yuqoslaviyadan 1990-cı illərdə ayrılmışlar. Müstəqillik 250 min nəfərin həyatı bahasına başa gəlmişdi. Serbiya və Çernoqoriya arasında Federasiya 3 il əvvəl, növbəti qan axıdılmasının qarşısının alınması məqsədi ilə Avropa Birliyinin nəzarəti altında yaranmışdır.
XS
SM
MD
LG