Accessibility links

Amnesty International illik hesabatını açıqlayıb


Beynəlxalq insan hüquqları təşkilatı-Amnesty İnternational Amerika Birləşmiş Ştatları və digər ölkələri islam terrorizmi ilə mübarizə adı altında insan hüquqlarının müdafiəsinə diqqət verməməkdə günahlandırıb. Təşkilatın illik hesabatı ilə bağlı Londonda təşkil edilən mətbuat konfransında Amnesty İnternationalın baş katibi İren Xan dünyanın super qüdrətlərinin insan hüquqlarına dair bir çox sualı cavablandırmalı olduqlarını deyib. “Qüdrətli hökumətlər insan hüquqları ilə təhlükəli oyun oynayırlar. Amerika Birləşmiş Ştatları, Avropa Birliyinə üzv, Çin və Rusiya kimi böyük təsir gücünə malik olan ölkələr 2005-ci ildə həm ölkə daxilində, həm də xaricdə insan hüquqları sahəsində pozuntularda ya əlbir olmuş, ya da onlara göz yummuşlar”-deyə İren Xan bildirib. İren Xanın dediyinə görə, 40 müxtəlif millətdən olan 460 insan hələ də Guantanamo məhbəsində saxlanılır. “İntihar cəhdləri, aclıq tətilləri onların vəziyyətlərinin nə qədər acınacaqlı olduğuna işarədir. Gunatanomo patlamağa hazır barıt qutusudur”-deyə o bildirib. Xatırladaq ki, Amerika Guntanamoda insan hüquqlarına riayət edilmədiyinə dair faktlrı inkar edir. Amerika rəsmiləri Gunatanamonun bağlanması tərəfdarı olduğunu, lakin bəzi ölkələrin məhbusları geri götürmək istəmədiyini bildirir. Hesabatın Azərbaycanla bağlı hissəsinə gəldikdə isə burada Azərbaycan hökumətinin may ayı dekretinə baxmayaraq, noyabr ayı seçkiləri beynəlxlaq standartlara uyğun keçirilməmiş, müxalifətin seçki kampaniyalarına ciddi şəkildə maneələr törədilmişdi. Ötən ilin mart ayında “Monitor” qəzetinin redaktoru Elmar Hüseynovun qətlindən sonra ölkədə etiraz aksiyaları vüstə almışdı. Müxalifət rəsmilərin korrupsiyda əli olduğuna dair yazılara görə onun öldürüldüyünü iddia etmişdi. 2005-ci ilin sonunadək qətllə bağlı heç kim məsuliyyətə cəlb edilməmişdi. Amnesty İnternationalın hesabatında deyilir ki, may və dekabr ayları arasında müxalifətin icazəsiz və ya sanksiyalaşdırılmış nümayişləri təhlükəsizlik qüvvələri tərəfindən dağıdılmışdı. Nümayişçilər və müxalifət təfədarları həbs edilmiş, döyülmüşdülər. Həmin ilin avqust ayında “Yeni fikir” gənclər təşkilatının lideri Ruslan Bəşirli çevriliş cəhdində günahlandırılan xalq Cəbhəsi partiyası ilə əlaqəsinə görə həbs edilmişdir. Azərbaycanda onlarla rəsmi nümayəndə, habelə bir neçə nazir işdən kənar edilərək, nəzarət altına alınmışdır. Hesabatda 4 rəsminin Azərbaycan Demokrat Partiyasının lideri Rəsul Qulioyevlə konspirasiyanı etiraf etdikləri bildirilmişdi. Onların bu etiraflara məcbur edildiyinə dair qorxular mövcuddur. Beynəlxalq Ümuməvf təşkilatının hesabatında Sudanın Darfur regionunda münaqişə ilə bağlı dərin narahatlıqlar bildirilir. Bu regionda iki milyon insanın didərgin düşdüyü, yüz minlərlə adamın öldürüldüyü deyilir. Amnesty İnternationalın hesabatında dünyanın 150 ölkəsində, Əfqanıstandan Zimbabveyədək insan hüquqlarının pozulduğu qeyd edilir. Hesabatda 2005-ci ildə Pakistan, Çin və Avstraliyanın anti-terrorizm təhlükəsizliyi adı altında insanların hüquqlarının məhdudulaşdırıldığı yazılıb. Burada Nepal, Şimali Koreya kimi ölkələrin də adı insan hüquqlarınına riayət etməyənlər arasında çəkilir. Sənəddə həmçinin deyilir ki, 2005-ci ildə dünya boyu silahlı münaqişələrin sayı azalmışdır. Amnesty İnternationalın 2005-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair hesabatında deyilir ki, Nepal, Hindistan, Filippin və Çində insan hüquqları müdafiəçilərinin səyləri çərçivəsində iqtisadi, sosial, mədəni, habelə qadın hüquqları sahəsində inkişaf əldə edilmişdir.
XS
SM
MD
LG