Accessibility links

BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranın nüvə programını müzakirə edir


BMT rəsmiləri iclasda avropalarının İranın uranın saflaşdırılması programından əl çəkməsi üçün ticarət və texnologiya sahələrində yardım göstərmək barədə irəli sürdüyü təklifləri müzakirə edirlər. Təkliflər qəbul olunmasa, İranın Təhükəsizlik Şurasının mümkün saksiyaları ilə üzləşə bilməsi də müzakirələrin diqqət mərkəzindədir.
Qərbin irəli sürdüyü təkliflərə nüvə enerjisi istehsal etmək üçün yüngül su reaktorunun inşasına yardım göstərmək və İrana qarşı hərbi qüvvələrdən istifadə etməmək vədi daxildir.
İran prezidenti Mahmud Əhmədinejad bu gün Kirmanşah şəhərində çıxışı zamanı deyib ki, İran nüvə yanacağına malik olub və İranın nüvə enerjisi üçün texnologiya əldə etmək hüququ var.
Bu arada, BMT-nin baş katibi Kofi Annan İranı nüvə fəaliyyətləri ilə bağlı şübhələri aradan qaldırmağa çağırıb.
“Vaşinqton Post” qəzeti isə adı açıqlamayan bir mənbəyə istinadən qeyd edib ki, İran Birləşmiş Ştatlarla nüvə programı ətrafında birbaşa danışıqlar aparmağa çalışır.
Buş administrasiyası İranla nüvə proqramına dair birbaşa danışıqlar aparılması fikrini rərdd edib. Birləşmiş Ştatlar İrana qarşı sanksiyaların tətbiq edilməsi tərəfdarıdır, Çin və Rusiya isə bunun əleyhinədir.
Dünən prezident Buş İsrailin baş naziri Ehud Olmertlə Ağ evdə keçirdiyi görüş zamanı İranın nüvə fəaliyyətlərilə bağlı məsələni müzakirə edib. Prezident Buş bildirib :”Bizim cənab Olmertlə ümumi bir məqsədimiz var: İran nüvə silahlara malik olmamalıdır.”
XS
SM
MD
LG