Accessibility links

Amnesty International kampaniyaya başlayıb


Beynəlxalq insan hüquqları təşkilatı-Amnesti intenational İnternet senzurasına qarşı qlobal kampaniyaya başlayıb. Təşkilat online azadlığının təminat altına alınmasına çalışır. Bu gün Amnesti İnternationalın açıladığı bəyanatda siyasi baxışlarına görə həbs edilən dissidentlərin azadlığına çağırılıb. Amnesti İnternational 10 il əvvəl dövlət sirlərini xaricə ötürmək ittihamı ilə həbs edilən çinli jurnlaist Şi Taonun vəziyyətini xüsusi qeyd edib. Qeyd edək ki, Tao e-mail vasitəsi ilə ABŞ-ın demokratik hərəkatları dəstəkləyən saytlarına məktublar göndərirmiş. Beynəlxalq insan hüquqları təşkilatı internet vasitəsi ilə fikirlərini bildirənlərin həbs edildiyi ölkələr arasında Tunis, Vyetnam, Səudiyyə Ərəbistanı, İran kimi ölkələri göstərir.
XS
SM
MD
LG