Accessibility links

Israil Livan sərhədlərini bombardman edib


İsrailin döyüş təyyarələri bu gün Suriyanın dəstəklədiyi Fələstin və Livan yaraqlılarının mövqelərini bombardman edib. Hücum zamanı Hezbulla və Fələstinin baş komandanlığının Azadlıq Xalq Cəbhəsinin üzvü öldürülüb. İsrail təyyarələri Beyrut yaxınlığındakı Bekaa vadisi və İsrailin raket atəşinə tutulan Livan sərhəd bölgələrini hədəf almışdı. Sərhəd bölgələrdə İsrail qüvvələri ilə Hezbulla döyüşçüləri arasında qarşıdurma olub. İsrail rəsmiləri region sakinlərinin bomba sığnaqlarına köçmələrinə göstəriş verib.
XS
SM
MD
LG