Accessibility links

Iraqa əlavə qüvvə göndərilib


ABŞ-ın İraqdakı hərbi komandanı, general Corc Keysi Bağdadın qərbində yerləşən Ənbar vilayətinə 1500 əsgərdən ibarət əlavə hərbi birləşmə yerləşdirilməsinə göstəriş verib. Çoxmilləttli hərbi qüvvələrin sözçüsü “Amerikanın səsi”nə bildirib ki, əsgərlər Küveytdəki bazadan müvəqqəti olaraq bölgəyə gətirilib. Amerika hərbiçilərinin bu qərarı Amerika qüvvələri ilə əməkdaşlıq edən sünnü ərəbləri hədəf alan Əl-Qaidə terrorçularının zorakılıqlarının artmasından sonra verilib. Qərar həm də cənub Hilla şəhərində 12 adamın ölümü və 30-dan artıq insanın yaralanmasına səbəb olan bomba hücumu vaxtına təsadüf edir.
XS
SM
MD
LG