Accessibility links

İran Avropa Birliyi ilə danışıqlara hazırdır


İranın xarici işlər naziri deyib ki, ölkəsi nüvə proqramı barədə Avropa Birliyi ilə danışıqları bərpa etməyə hazırdır. Mənuçehr Mottaki bildirib ki, İran uranın zənqinləşdirilməsi məsələsini əvvəlcədən heç bir şərt qoyulmadığı təqdirdə müzakirə edəcək. Nazir çıxışını Malaysiyada Bloklara Qoşulmamaq Hərəkatın iclasından sonra etmişdir. Cənab Mottakinin şərhləri Avropa Birliyinin İranı nüvə fəaliyyətlərini dayandırmağa məcbur etmək məqsədi daşıyan təklifləri hazırladığı vaxta təsadüf edir. Almaniya və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü məsələni müzakirə etmək məqsədi ilə bu həftə Vyanada toplantı keçirəcək.
XS
SM
MD
LG