Accessibility links

Səudiyyə Ərəbistanında terrorizmlə mübarizə üçün xüsusi dəstələr hazırlanır


Səudiyyə Ərəbistanında dini ekstremistlər və siyasi rəqiblər çox hallarda ya həbs, ya da sürgün olunurlar. Lakin 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda terror hücumları vəziyyəti dəyişdi. Təyyarələri qaçırmış 19 nəfərin 15-nin Səudiyyə Ərəbistanının vətəndaşı olduğundan, krallıq ölkədə artan gərginliyə əhəmiyyət verməməkdə şiddətli tənqidə məruz qalmışdır.

Səudiyyə Ərəbistanda terrora qarşı mübarizə üçün yaranmış xüsusi dəstələr ciddi təlimlər keçir və təlimlərdə əsas nişan terrorda şübhələnən şəxslərin sığınacaq yerləridir. Xüsusi dəstələrin yaranmasına əsas səbəb, son bir neçə il ərzində krallıqda baş vermiş terror hücumları və ölkənin hərbi qüvvələrinin onların qarşısını ala bilməməsi olmuşdur.

Təlimlər paytaxt Riyadın kənarında yerləşən hərbi bazada keçirilir. Hal hazırda Riyadın küçələrində, içtimayi binalarda və diplomatik şəhərcikdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Lakin tənqidçilər deyirlər ki, daha tez və daha ciddi tədbirlər həyata keçirilməlidir. Onların sözlərinə qörə, 2001-ci ilin sentyabrın 11-i terror hücumu verilən xəbərdarlıq idi.

Tənqidçilərin sözlərinə qörə, Səudiyyə Ərəbistanı rəhbərləri ölkədə artan ekstremizmə, məsçidlərdə radikal moizələrə, məktəblərdəki dərslədə nifrətin təbliği, islam fondları vasitəsi ilə terrorizmə qələn yardımlara uzun müddət qöz yummuşdular. Eyni zamanda məsələni qərqinləşdirən diqər amil, İraqda baş verən zorakılıqlar əmələ qəlib. Bəzi məlumatlara qörə qənc səudililər İraqdakı döyüşlərdə fəal iştirak edirlər. Bu isə terrorçuların yeni nəslinin ölkəyə qayıdaraq növbəti illərdə problemlər yaradacağının qorxusunu reallışdırır.

XS
SM
MD
LG