Accessibility links

Kondoliza Rays: Iranın beynəlxalq təkliflərə cavab verməsinə vaxtı məhduddur


ABŞ dövlət katibi Kondoliza Rays bildirib ki, İran uranın zənginləşdirilməsinin dayandırlması müqabilində İrana təklif edilən həvəsləndirici paketin şərtlərini diqqəltə nəzərdən keçirməlidir. Dövlət katibi bunları Vyanada Birləşmiş Millətlər Təşkilatının Təhlükəszlik Şurasının beş daimi üzvü və Almaniyanın iştirakı ilə keçirilən görüşdə bildirib. Kondoliza Rays deyib ki, İranın beynəlxalq təkliflərə cavab verməsinə vaxtı məhduddur. Vaxtında cavab verməsindən danışan dövlət katibi İrana bir növ avtomatik olaraq mənfi cavab verməməsi haqda xəbərdarlıq vermişdir.

CBS tele-şirkətinə müsahibəsi zamanı xanım Rays bunları demişdir: “Biz əlbəttə İranın bir neçə gün ərzində bu ciddi təklif üzərində düşünəcəyinə ümid edirikr. Bu, yalnız Amerikanın deyil, beynəxlaq ictimaiyyətin təklifidir.”

ABŞ dövlət katibi Kondolizza Rays deyib ki, texnoloji və maliyyə baxımından həvəsləndirici təkliflərin əks tərəfi də var. Bunlara sanksiyalar daxildir. Əlbəttə İranın təklifləri rədd etdiyi təqdirdə. İran rəsmiləri Amerikanın avropalıların vasitəçiliyi ilə aparılan danışıqlara qoşulması perspektivlərini ehtiyatla alqışlayıb. Tehran hökuməti bu təklfilərə hələ ki, rəsmi münasibət bildirməyib. ABŞ dövlət katibi Kondoliza Rays İranın seçim qarşısında olduğunu deyir. ABŞ dövlət katibi deyib ki, nüvə müzakirələrinin nailiyyəti İrandan, onun qəbul etdiyi qərarlardan asılıdır.

Qeyd edək ki, İran nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığında və bundan elektrik enerjisi üçün istifadə ediləcəyində israr edir. Buş administarsiyası İranın bu proqramını dayandırdığı təqdirdə onunla danışıqlara hazır olduğunu bəyan edib. Avropa rəsmiləri tərəfindən açıqlanan bu təklif İran tərəfindən alqışlansa da, İranın xarici işlər naziri Mənuçehr Mottaki deyib ki, İran öz hüququndan imtina etmək niyyətində deyil.

XS
SM
MD
LG