Accessibility links

İraqda rus diplomatı qətlə yetirilib


İraqın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə naməlum silahlı şəxslər tərəfindən Bağdadın qərbində bir rus diplomatı öldürülüb, dörd nəfər isə görov götürülüb. Rusiya Xarici İşlər Nazirliyi Bağdadda bir diplomatının qətlə yetirildiyini və səfirliyinin 4 işçisinin də girov götürüldüyünü təsdiq edib.

İraq rəsmiləri deyirlər ki, Bağdadın yaxınlığındakı Rusiya səfirliyi binasından çox da uzaq olmayan Mənsur qəsəbəsində rus diplomatları naməlum silahlı şəxslərin hücumuna məruz qalmışlar. Bu xəbər Rusiyanın Bağdaddakı səfirliyi tərəfindən dərhal təsdiq edilməmişdi.

Bu arada İraq polisi bildirir ki, işkəncələrə məruz qalaraq, güllələnmiş 4 nəfərin cəsədini tapıb. Polis həmçinin Baquba şəhərinin yaxınlığında daha 7 cəsədin tapdığını bildirib. İraq rəsmiləri isə deyirlər ki, yaraqlılar Baquba şəhərindəki polis nəzarət məntəqəsini pusquya alaraq 7 polisi qətlə yetirib, 4 polisi isə yaralayıblar.

XS
SM
MD
LG