Accessibility links

Fələstində böhran artmaqda davam edir


İordan Çayının Qərb Sahilində yeni təhlükəsizlik qüvvələrinin toplaşması Fələstinin rəqib qrupları arasındakı gərginliyi daha da artırıb. Fələstində maliyyə böhranı da şiddətlənir. Fələstin prezidenti Mahmud Abbasa və onun başçılıq etdiyi Fəth təşkilatına sadiq olan təhlükəsizlik qüvvələrinin 2500 əsgəri İordan Çayının Qərb Sahininin Cenin şəhərində toplaşıb. Xüsusi müdafiə birliyinin üzvləri əllərində mərhum Yasir Ərəfatın şəklini saxlayaraq Cenin şəhərinin küçələrində yürüş təşkil ediblər. Yürüşdə iştirak edənlərin təxminən 70 nəfəri silahlı olub. Onlar bildiriblər ki, iki həftə öncə Həmas Qəzzada buna bənzər birlik yaratmasına cavab olaraq Xüsusi Müdafiə Birliyi təşkil edib.

Həmas yaraqlıları ilə Fəthin üzvləri arasında atıışmalar baş vermişdir. Bu qarşı durma ölkəni vətəndaş müharibəsinə gətirib çıxara biləcəyi qorxusunu artırıb. Gərginliyin səbəblərindən biri də beynəlxalq ictimaiyyətin Həmasa tətbiq etdiyi sanksilayarıdır.

Həmas 3 aydan bəri Muxtar İdarəsinin 165 min işçisinin maaşını ödəyə bilmir. Birləşmiş Ştatlar və Avropa bildirirlər ki, Həmas zorakılıqdan əl çəksə və İsrailin mövcudluğunu tanısa yüzlərlə milyon dollar məbləğindəki yardımı bərpa edə bilərlər. Lakin Həmas bunu rədd edir. Fələstin bankı Muxtar İdarənin 40 min işçisinə faizsiz borc verməyi qərarlaşdırıb. Bu arada Fələstinin dörd yaraqlı qrupu bildirib ki, əgər hökumət işçilərinə əmək haqqı verilməsə Fələstin baklarına hücum edəcəklər.

XS
SM
MD
LG