Accessibility links

İsrail Fələstinlə danışıqlara başlamağı planlaşdırır


Misir prezidenti Hüsni Mübarəklə danışıqlardan sonra İsrailin baş naziri Ehud Olmert Fələstin prezidenti Mahmud Abbasla yaxın gələcəkdə görüşməyi planlaşdırdığını bildirib. İsrail qəzetləri bu gün İsrail rəsmilərinə istinadən bildiriblər ki, Hüsnü Mübarəklə Ehud Olmert arasında danışıqlar çox səmimi və dostluq şəraitində keçib. Onların danışıqları dünən Misrin Qırmızı Dəniz kurort şəhəri Sərm əl-Şeyxdə 1 saat yarıma yaxın davam etmişdir.

Danışıqlardan sonra təşkil edilən mətbuat konfransında baş nazir Olmert yaxın zamanlarda Fələstin prezidenti Mahmud Abbasla görüşməyi və yenidən Yaxın Şərq Yol Xəritəsi sülh planı əsasında danışıqlara başlamağı planlaşdırdığını bildirib. İsrail lideri deyib ki, prezident Mahmud Abbasla görüşdən əlavə, planın şərtlərinə uyğun olaraq Fələstin yaraqlılarının tərksilah edilməsi və İsrailin Qərb Sahilindəki tikintiləri dayandırmasını görmək istəyir.

Misir prezidenti Hüsnü Mübarək isə öz növbəsində bildirib ki, o, bu sülh prosesində iştirak etməyi planlaşdırır. Misir lideri deyib ki, hər kəsin narazılığı nəzərdən keçirilməli və tərəflər danışıqlar masası arxasına gətirilməlidir. Cənab Mübarək Ehud Olmertin Qərb Sahili planına birbaşa toxunmamışdı. İsrail təhlilçiləri Ehud Olmertin bundan razı qalıdğını bildirirlər. Lakin Mahmud Abbasla Ehud Olmert danışqıları zamanı ortaya nə çıxarılacağı hələ bəlli deyil.

XS
SM
MD
LG