Accessibility links

ABŞ prezidenti Afrika Birliyinin sədri ilə görüşüb


ABŞ prezidenti Corc Buş BMT-nin sülhməramlı qüvvələrinin Sudanın Darfur regionunda nəzarəti əlinə almalı olduğunu deyib. Prezident Buş bunu Afrika Birliyinin sədri, Konqo Respublikasının prezidenti Denis Sassou-Nguesou ilə Ağ Ev görüşdən sonra bildirib. Corc Buş Avropa Birlyinin sədri ilə Darfur genosidinə son qoyulması öhdəliklərni bölüşdüyünü deyib. Prezident Buş Konqo prezidentinə BMT-nin başçılığı ilə Darfir regionuna qüvvələr yerləşdirilməsi səylərinə görə təşəkkürünü bildirib. Cənab Buş və Konqo Respublikasının prezidenti Denis Sassou-Nguesou təşkil etdikləri birgə mətbuat konfransında QİÇS-lə mübazirə, habelə Afrikada iqtisadi inkişaf məsələrini də müzakirə etdiklərini deyiblər.
XS
SM
MD
LG