Accessibility links

BMT Sudan rəsmiləri ilə Darfür məsələsini müzakirə edir


BMT-nin Təhlükəsizlik Şurasının nümayəndə heyəti Xartumda Sudan rəsmiləri ilə görüşərək, onların BMT sülhməranlı qüvvələrinin Darfürə cəlb olunması ilə bağlı razılığını almaq istəyir. Sudan hökuməti 7 minlik Ümumafrika Birliyi qüvvələrinin artan zorakılıqlara nəzarət edə bilmədiyini döyüş bölgəsinə BMT sülhməramlılarının buraxılıb-buraxılmaması məsələsində tərəddüd edir.

Sudanın informasiya nazirinin müşaviri Rəbi Əbdul Ətti Amerikanın Səsinə bildirib ki, onun hökuməti BMT qüvvələrini yalnız o halda qəbul edə bilər ki, onlar bu yaxınlarda bağlanmış Darfür sülh sazişini həyata keçirməyə yardım etsinlər.

Xatırladaq ki, Sudan hökuməti ilə Darfürün ən geniş inqilabçı qruplaşması arasında saziş ötən ay imzalanıb. Lakin kiçik partizan qruplaşmaları bu sazişə qoşulmaqdan imtina edib. BMT nümayəndə heyətinin əvvəl xarici işlər naziri Lam Akol, sonra isə president Ömər əl Bəşirlə görüşü nəzərdə tutulub. Bununla yanaşı, BMT sülhməramlı əməliyyatlar üzrə baş katibin müavini Jan Mari Guhenonu mümkün əməliyyatın planlaşdırılması və vəziyyətin qiymətləndirilməsi üçün Xartuma ezam edib.

XS
SM
MD
LG