Accessibility links

İraqın Baquba şəhərində insan başları aşkar edilib


İraq polisi bu gün Baquba şəhəri yaxınlığında plastik torbalarda bir neçə insan başı aşkar edib. Bu, son bir neçə gün ərzində ikinci hadisədir. Paytaxt Bağdadda taksi parkında baş verən partlayış bir qadının ölümü, digər bir adamın yaralanmasına səbəb olub. Bağdadda həyata keçriilən başqa bir hücum nəticəsində 5 nəfərin həlak olduğu xəbər verilir. Yaraqlılar və təriqətlərarası bu zorakılıqlar baş nazir Nuri Əl-Malikinin iki nazirliyə rəhbər təyin etməyə çalışdığı bir vaxta təsadüf edir.
XS
SM
MD
LG