Accessibility links

NATO ilə Ukraynanın birgə hərbi təlimləri təxirə salınıb


NATO ilə Ukraynanın birqə hərbi təlimləri təxirə salınınb. Buna səbəb ABŞ hərbi gəmisinin Krım yarımadasına yan almasından sonra başlamış nümayişlər olmuşdur. Siyasi gərqinlik bundan sonra Ukraina və Rusiyaya da da vüsət almışdır. Xatırladaq ki, Rusiya Birləşmiş Ştatlar və NATO-ya xəbərdarlıq vermişdir.

İyun ayı sabiq Sovet İttifaqından insanların Qara Dənizin Krım yarımadasında istirahət vaxtıdır. Lakin bu il Krım adasına istirahətə qəlmiş insanlar NATO qoşunlarının hərbi əməliyyatlara qoşulmasına etiraz edən nümayişlərlə üzləşmişlər. Əksəriyyəti etnik ruslar olan Krımın vətəndaşları NATO və Birləşmiş Ştatlara şübhə ilə yanaşır. Nümayışlər ABŞ hərbi qəmisinin may ayında lövbər salmış Feodosiya limanında başlamışdır. Xatırladaq ki, hərbi qəmi Ukraina hərbi bazasının təkmilləşdirilməsi üçün avadanlıq qətirmişdir.

Nümayışçılər ABŞ hərbçilərinin hərbi bazaya qetməsinə imkan verməmişlər. Bundan sonra nümayişlər diqər şəhərlərə yayılmışdır Aksiyaların iştirakçılar bildirmişlər ki, nümayışlər NATO qüvvələri ölkəni tərk etməyənə qədər davam edəcək. Əksəriyyəti Birləşmiş Ştatlar və Böyük Britaniyadan olan qoşunların iştirak edəcəyi hərbi təlimlər iyun ayından avqust ayına qədər davam etməli idi. Lakin Ukraina rəsmiləri bildiriblər ki, Britaniya qoşunlarının iştirakı ilə keçiriləcək təlimlər təxirə salınıb.

ABŞ-ın Ukrainadakı səfirliyi, NATO-nun Krımda daimi hərbi baza yaratmaq planları barədə nümayişçılərin ittihamlarını rədd edən bir bəyanat verib. Bəyanata baxmayaraq, Krım parlamenti təlimlərin ləğvi barədə qərar qəbul edib. Eyni zamanda Ukraina prezidenti Viktor Yuşenko bu qərarı qəbul etməmişdir. Bu zaman Rusiya xarici işlər naziri Serqey Lavrov ölkə parlamentindəki çıxışında bildirib ki, NATO-nun Ukraina kimi sabiq Sovet respublikalarına qəlişi böyük bir siyasi təsir gücünə malik olacaq. Bundan sonra o, Birləşmiş Ştatları reqiona yeni hərbi sistemləri tədbiq etməkdə və silahlar üzrə nəzarət barədə sazışın pozulmasında ittiham etmişdir.

Rusiyanın Krım probleminə münasibəti Rusiya dəniz qüvvələrinin iki əsrdən çox Qara Dənizdə yerləşməsi ilə əlaqəlidir. Krım yarımadası əsrlər boyu Rusiyanın tərkib hissəsi olmuş, lakin 1954-cü ildə sabiq Sovet rəhbəri Nikita Xruşov tərəfindən Ukrainaya verilmişdir.

XS
SM
MD
LG