Accessibility links

Quantanamo həbsxanasında intihar hadisələri baş verib


Prezident Buş ABŞ-ın Kubadakı Guantanamo hərbi bazasında saxlanılan üç nəfərin intiharı ilə əlaqədər ciddi narahatlığını bildirmişdir. Dünənki inintiharlar Əfganıstanda ələ keçirilmiş və dörd il müddətində Quantanamo həbsxanasında saxlanılan dustaqlar arasında baş vermən ilk özünüintihar hadisəsidir.

Dünən səhər keşikçilərin dustaqlardan birinin kamerada asılmış vəziyyətə gördükləri bildirilir. Bir neçə dəqiqən sonra keşikçilər özünü asmış digər 2 dustağı aşkar etmişlər. Hərbçilərin məlumatına qörə, tibb işçiləri təcili tədbirlər qörsələr də artıq gec olub. İntiharçılardan ikisi Səüdiyyə Ərəbistanı, biri isə Yəmən vətəndaşı idi.

ABŞ-ın Cənub Hərbi Qüvvələrinin rəhbəri, ordu generalı Con Kraddok deyib ki, intiharçılar bir blokda saxlanılırdı, lakin onların kameraları yan-yana deyildi. Amerikanın səsinin müxbirinə verdiyi müsahibədə o bildirib ki, baş vermiş intiharlar əvvəlcədən planlaşdırılıb.

Hər bir intiharçı məktub qoysa da onların məzmunu hələ açıqlanmayıb. Hal-hazırda hadisə ilə əlaqədar istintaq aparılır. Qeyd edək ki, ABŞ-ın bu həbsxanasının saxlanması üsulları Birləşmiş Millətlər Təşkilatı və bir neçə beynəlxalq qeyri-hökümət təşkilatları tərəfindən dəfələrlə tənqid edilib. Tənqidçilər deyirlər ki, dustaqları heç bir ittiham irəli sürmədən və ədalətli məhkəməni təmin etmədən saxlamaq, insan hüquqlarını kobudcasına pozmaq deməkdir. ABŞ höküməti intiharçıların ailələrinə məlumat vermək məqsədi ilə Səüdiyyə Ərəbistanı və Yəmən hökümətləri ilə danışıqlar aparır.

XS
SM
MD
LG