Accessibility links

Alberto qasırğası Florida ştatına yaxınlaşır


Amerika Birləşmiş Ştatlarında 2006-cı il qasırğa mövsümünün ilk qasırğası olan Alberto Meksika Körfəzi sahillərində güclənərək, Florida ştatına yaxınlaşır. Gələn bir neçə gün ərzində regionda güclü tropik yağışların yağacağı gözlənilir. Milli Qasırğa mərkəzinin verdiyi məlumata görə, saatda 72 kilometr sürətlə hərəkət edən Albertonun güclü qasırğaya çevriləcəyi gözlənilmir. Lakin qasırğanın Florida sahillərinə saatda 85 kilometr sürətlə yaxınlaşaraq, 10-25 santimetrə qədər yağıntı gətirə biləcəyi deyilir.

Bazar günü Kubaya düşən qasırğa 4 santimetrə qədər yağıntıya səbəb olmuş, bunun nəticəsində bəzi bölgələrdə insanlar təxliyyə edilmişlər. Güclü yağışlar sellər və torpaq sürüşmələrinə səbəb olub.

Birləşmiş Ştatların Milli Hava Xidmətinin verdiyi məlumata görə, 2006-cı il güclü qasırğalarla müşayət olmayacaq. Bu il gözlənilən 16 qasırğadan altısının böyük qasırğa ola biləcəyi deyilir. Xatırladırıq ki, keçən il son 154 il ərzində ən qasırğalı il olmuşdur.

XS
SM
MD
LG