Accessibility links

Zərqavinin ölümündən sonra tibbi ekspertizanın nəticələri açıqlanıb


Birləşmiş Ştatların hərbi qüvvələri İraqda əl-Qaidanın lideri Əbu Müsab əl-Zərqavinin ölümündən sonra keçirilmiş tibbi ekspertizanın nəticələrini açıqlayıblar. Onların bildiridyinə görə, tibbi ekspertiza göstərir ki, Zərqavi Bağdaddan şimal-qərbdə gizləndiyi evin bombardan edilməsindən sonra aldığı yaralardan ölmüşdür. Onun hücumdan 52 saat sonra öldüyü deyilir.

General-mayor Vilyam Kaldvel deyib ki, ilk bomba axşam saat 6:12-də atıldıqdan 28 dəqiqə sonra oraya yetişmiş Ameirka əsgərləri hələ ağır nəfəs alan Zərqaviyə tibbi yardım götərməyə çalışmışlar. Zərqavinin cəsədinin tibbi ekspertizasını keçirən ekspertlər bildiriblər ki, onun döyülməsi, ya da odlu silahdan atəşə tutulması nəticəsində öldüyünə dair dəlil, ya da sübut yoxdur.

Bəzi məlumatlarda ABŞ hərbi qüvvələrinin Zərqavini hava hücumundan sonra döydüyü və öldürdüyünü deyən şahidlərə istinad edilmişdir. Lakin ABŞ-ın tibbi personalı Zərqavinin tibbi yardım aldığı və hava hücumundan 52 dəqiqə sonra olduyünü bildirir. ABŞ hərbi qüvvələri bildirir ki, DNK təhlilləri cəsədin Zərqavinin meyidi olduğunu göstərib.

XS
SM
MD
LG