Accessibility links

Prezident Buş müşavirləri ilə müzakirələrə başlayıb


Yüksək səviyyəli müşavirə zamanı İraqın yeni kabinetinin formalaşması və terrorçu lider Əbu Müsab əl-Zərqavinin ölümündən sonra İraqda vəziyyət təhlil edilir. ABŞ prezidentinin Vaşinqton ətrafındakı Kemp Deyvid iqamətgahında keçirilən müzakirlərdə ABŞ-ın yüksək səivyyəli rəsmiləri iştirak edir.

ABŞ-ın İraqdakı hərbi qüvvələrinin komandiri, general Corc Keysi və İraqın yeni hökumətinin rəsmiləri də konfransa İraqdan qoşulmuşlar. Müşavirədən öncə general Keysi deyib ki, o, ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması planını müzakirəyə çıxarmayacaq. O bildirib ki, gələn aylar və gələn il ərzində hərbi qüvvələrinin sayının tədricən azalacağını gözləmək olar. İraqın milli təhlükəsizlik məsələləri üzrə müşaviri isə deyib ki, koalisiya qüvəvlərinin sayı bu ilin sonuna kimi 100 min nəfərə enə bilər.

XS
SM
MD
LG