Accessibility links

Somali danışıqları dayandırıla bilər


Somalinin sərt-xətt tərəfdarı islamçı məhkəmələrinin sədri Şeyx Şərif Əhməd hökumətə xəbərdarlıq verərək, ölkəyə xarici qüvvələrin gətirilməsinə yol verməməyə çağırıb. Cənab Əhməd deyib ki, hökumət və Maqadişinin islamçı məhkəmələr birliyinin müzakirələri hökumətin Uqanda və Sudandan sülhməramlı qüvvələrin gətirilməsi planı ləğv edilməsə dayandırılacaq. Somalinin müvəqqəti parlamenti beynəlxalq qüvvələrin ölkəyə gətirilməsi məsələsini bu gün müzakirə etməli idi. Müvəqqəti hökumət hazırda yerləşdiyi Baidoadan Maqadişinə köçmək istəyir.
XS
SM
MD
LG