Accessibility links

İsrail Qəzzadakı yaraqlılarla bağlı təmkin nümayiş etdirməyəcəyini deyir


İsrailin hava hücumları nəticəsində ən azı 10 fələstinlinin qətlə yetirildiyi, 30 nəfərdən çoxunun isə yaralnadığı bildirilir. Amerikanın Səsinin Qüdsdəki müxbiri Cim Tepl bildirib ki, İsrailin müdafiə naziri İsrailin Qəzzadakı yaraqlılara bağlı təmkin nümayiş etdirməyəcəyini deyib.

Şahidlər deyirlər ki, Qəzza şəhərində şosse yolu ilə gedən yaşıl mikro-avtobus günorta vaxtı İsrail tərəfindən atəşə məruz qalmışdır.

İsrailin müdafiə nazirliyinin sözçüsü, kapitan Noa Meir isə əməliyyatın İsrail hədəflərini Katyuşa raketi ilə vurmağı planlaşdıran İslami Cihad yaraqlı qrupuna qarşı aparıldığını deyib. O deyib: “ Bu, son iki ayda üçüncü dəfədir ki, terroristlər təşkmilləşdirilmiş Katyuşa raketindən istifadə edirlər. 20 km məsafəni qət edən bu raketdən əvvələr də qəttlər üçün istifadə edilib”

Kapitan Meir keçən həftənin cümə günü İsrailə qarşı 100-dən artıq kiçik Quassams raketlərindən istifadə edilidiyini deyir.

İslami Cihad qrupunun komandiri Xaled əl Bətç isə qisas alınacağına and içib. O deyib ki, İslam Cihadı İsrailə qarşı hücumlarını davam edəcək.

XS
SM
MD
LG