Accessibility links

Serbiyada yaşayan etnik albanlar nümayiş keçirir


Bu gün Serbiyanın cənubunda yaşayan etnik albanlar çoxluq təşkil etdikləri Serbiya bələdiyyələrində regional muxtariyyət tələbi ilə nümayiş keçiriblər. Nümayiş BMT tərəfindən idarə olunan Kosovanın sərhədləri yaxınlığında Presevo şəhərində keçirilib. Alban nümayişçilər rəsmi Belqradı regionun problemlərini çözə bilməməkdə günahlandırıb. Onlar regionu Serbiyadan ayıraraq əksərən etnik albanların yaşadığı qonşu Kosovaya birləşdirmək istəyir.

Bu gün Presevonun keçmiş meri Riza Həlimi Presevo vadisində muxtariyyət qurmaq haqqında çağırış edib. Bu Presevoda ilk iğtişaşlar deyil. Vadidə 2000-ci ildə başlanmış Alban iğtişaşları bir il sonra Qərbin vasitəçiliyi sayəsində yerli icmalara daha çox hüquqların verilməsi ilə nəticələnmişdi.

XS
SM
MD
LG