Accessibility links

Bağdadın şiə məscidi daha bir hücuma səhnə oldu


Bu gün İraqın paytaxtı Bağdaddakı şiə məscidində baş verən bomba partlayışı 10 adamın ölümü, 20-dən artıq insanın yaralanmasına səbəb olub. Burasə məcdinin imamı Cəlaləddin Əl-Sağir bildirib ki, partlayıcı maddələr hücumçunun ayaqqabısında olub. İmam İraqdakı Əl-Qaidə terrorçularının hədəfi olduğuna inandığını deyib. Xatırladaq ki, həmin məscid aprel ayının 7-də 80 adamın ölümü ilə nəticələnən 3 kamikadze hücumuna səhnə olmuşdu. Bu gün Bağdadın ticarət bölgəsini hədəf alan top atəşi 2 adamın ölümü, 16-nin isə yaralanmasına səbəb olub.
XS
SM
MD
LG