Accessibility links

İran prezidenti müstəqil təhqiqata cağırır


İran prezidenti Mahmud Əhmədenejad İkinci Dünya Müharibəsi dövrü nasist düşərgələrində 6 milyon yəhudinin qətli ilə bağlı müstəqil istintaqa çağırıb. Bu gün Şanxay Əməkdaşlıq Təşkilatının sammaiti keçirilən Çində İran prezidenti deyib ki, tarixi hadisələrin təhqiqiatı müstəqil və qərəzsiz tərəflərin iştirakı ilə həyata keçirilməlidir. İran lideri bundan əvvəl də Holokastı rədd edərək, bunu “əsatir” adlandırmış, İsrailin dünya xəritəsindən silinməsinə çağırmışdı. Mahmud Əhmədenejadın çıxışı dünya ictimaiyyətinin etirazları ilə qarşılanıb. Qeyd edək ki, İran prezidenti Mərkəzi Asiya ölkələrinin sammitində müşahidəçi kimi iştirak edir.
XS
SM
MD
LG